Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev: 

Könlüm nar istəyir…

Fikir vermisiniz, meyvələr müəyyən ardıcıllıqla yetişir. Hər il eyni, dəqiq ardıcıllıqla. Min illərdir ki, bu belədir. Min illərdir ki, insanlar da meyvələri yetişdiyi ardıcıllıqla yeyirlər. Bu səbəbdən də insanlarda “meyvə ardıcıllığı yaddaşı” formalaşıb. Orqanizmimiz də bu yaddaş ardıcıllıgına uyğun meyvələri "gözləyir". Məhz hər meyvənin öz dövründə bədənimiz konkret meyvədən maksimum bəhrələnir. Bütün bədən bu dövrə hazır vəziyyətə gətirilir.

Təsəvvür edin ki, daxilimizdə hər meyvənin öz qapısı var. Hər qapı da öz meyvəsinin vaxtı gələndə aşılır. Hər qapının açılması həmin meyvəyə istək kimi özünü biruzə verir. " Könlüm istəyir" ifadəsi bu səbəbdən yaranıb. Baxın, indi könlünüz gilas istəyir? İstəmir. Amma könlünüz indi nar, heyva istəyir, çünki məhz narın, heyvanın “qapısı” açılıb.

Biləsiniz ki, orqanizmimiz( könlümüz vasitəsilə) bizimlə danışır. Sadəcə ona qulaq asmağı öyrənməliyik. Bazara gedəndə də könlünüz istəyən şeyləri alın, gözünüz gördüyü şeyləri yox!

Könlümüz bizə təkcə meyvələri secmir, o bizə insanları da seçir. Məhz könlümüz seçdiyi insanları seçiriksə, xoş və rahat oluruq.

Amma bu başqa bir statusun mövzusudur

Sizlərə həyatınızın könlünüzcə olmasını arzulayıram.

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin