Yeniyetmə cüdoçularımız Macarıstanda 4 medal qazanıblar
Macarıstanın Dior şəhərində 13 və 15 yaşlı cudocular arasında "Avropa Cüdo Ümidləri Turniri" keçirilib. Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən bu turnirdə Azərbaycan yığması biri qızıl, üçü bürünc əyarlı olmaqla 4 medal qazanıb. ACF-dən verilən məlumata görə, yeganə qızıl medalın sahibi 15 yaşlı Aqşin Bayramov (60 kq) olub. Bürünc medallar isə 15 yaşlı Səttar Qədirov (42 kq), Fərhad Quliyev (60 kq) və 13 yaşlı Fəxrim Məhərrəmovun (42 kq) aktıvinə yazılıb.
İNTİQAM Məmmədov


