Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanıldı

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığı zaman alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.

Best coffeeshop in Berlin