Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Sevməyənin acığına sev məni

Gülüşünü çilə narın qar kimi,
Üzümə bax,mənə sözün var kimi,
Görən bilsin bizi qoşa yar kimi.
Elgözünə qucaqlayım mən səni,
Sevməyənin acığına sev məni.

Qəm ağacım min bir budaq bitirib,
Könül quşum həmdəmini itirib,
Allah səni hardan mənə yetirib?!
Öpüb oxşa saçlarımda hər dəni,
Sevməyənin acığına sev məni.

Ayrılığa tabı yoxdur dağın da,
Mənsiz qalb şamamələr tağında,
Gir qoluma, gəzək sahil bağında,
Çiyninə sal kalağayı yelkəni,
Sevməyənin acığına sev məni.

Elə sev ki, sevdiyini bilim mən,
Ürəyimdə ləkələri silim mən,
Elə sev ki, sevincimdən ölüm mən,
Sal boynuma sevgi adlı ilməni,
Sevməyənin acığına sev məni.
Məmməd Əvəzoğlu.05.08.2025.

Best coffeeshop in Berlin