Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ətraf mühiti çirkləndirən 15 nəfər cərimələndi

AZpress.AZ xəbər verirki, Biləsuvar rayonunda ətraf mühiti çirkləndirən 15 nəfər barəsində inzibati tədbir görülüb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinə qarşı növbəti əməliyyat keçiriblər.

Əməliyyat zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 15 nəfər cərimələnib.

Rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Best coffeeshop in Berlin