Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri davam edir +FOTO=6

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Açıq qapı” günləri davam edir.

İyulun 28-dən başlayan “Açıq qapı” günlərində BDU-ya gələn abituriyentlər və onların valideynləri üçün Universitet ərazisində tanıtım turları təşkil olunur. İştirakçılar Universitetin tədris korpusları, kitabxanaları, elmi-tədqiqat və tədris laboratoriyaları, ərazidə yeni yaradılan müxtəlif məkanlarla tanış olurlar.

Bununla bərabər, iştirakçıları üçün müxtəlif ixtisas sahələri üzrə Universitet əməkdaşları, professor-müəllim heyəti tərəfindən məlumatlandırıcı sessiyalar keçirilir, ixtisas seçimi ilə bağlı suallar cavablandırılır. Həmçinin Universitetin təqdim etdiyi təqaüd imkanları, beynəlxalq proqramlar, könüllülük fəaliyyətləri və tələbə həyatı barədə də məlumat verilir.

Qeyd edək ki, BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri avqustun 8-dək davam edəcək.

Best coffeeshop in Berlin