Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tehranda hava çirkliliyinə görə minlərlə insan ölüb

Ötən il Tehranda havanın çirklənməsi səbəbindən 6 min insan həyatını itirib.

Bununla bağlı Tehran Hava Keyfiyyətinə Nəzarət Şirkəti məlumat yayıb.

Statistikaya əsasən, 2025-ci ilin əvvəlindən iyulun 27-dək Tehranda yalnız 6 gün təmiz hava şəraiti qeydə alınıb.

Bu dövr ərzində 50 günə yaxın qeyri-sağlam hava şəraiti hökm sürüb.

Best coffeeshop in Berlin