Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız AK-yə 4 medalla başlayıblar

Şimali Makedoniyada Azərbaycan finalı

Dünən Şımali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kubokuna start verilib. 26 ölkəni təmsil edən 226 cüdoçumuz mübarizə apardığı turnirin start günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, həmin gün tatamiyə çıxan cüdoçularımızdan dördü daha yaxşı güləşərək mükafatçılar sırasında yer alıb.  Medallardan ikisi qızıl, biri gümüş, digəri isə bürünc əyarlı olub. 

Ən maraqlı məqam isə 60 kq-da Azərbaycan finalının baş tutması olub. Bu çəkidə final görüşünə çıxan cüdoçularımızdan Nihad Məmişov öz komanda yoldaşı Fərid Qarayevdən gücü olub və qızıl medala layiq görülüb. Fərid isə gümüşlə kifayətlənib. Daha bir qızıl medalı Əbil Yusubov (73 kq) qazanıb. Günün bürünc medalının sahibi isə Məhəmməd Musayev (66 kq) olub.

Beləliklə, ilk yarış günündən sonra Azərbaycan 4 medalla ikinci pillədə yer alıb. 

İNTİQAM Məmmədov 

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111