İmişlidə ölümlə nəticələnən avtoqəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
İmişli şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun ikisi İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi və qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1964-cü il təvəllüdlü şəxsə (kişi cinsli) açıq kəllə-beyin travması, döş qəfəsinin qapalı travması, daxili orqanların zədələnməsi, III-IV dərəcəli travmatik şok, 2004-cü il təvəllüdlü şəxsə (qadın cinsli) qarının və döş qəfəsinin küt travması, daxili qanaxma diaqnozları təyin olunub.
Zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1964-cü il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb.
2004-cü il təvəllüdlü şəxsə (qadın cinsli) zəruri tibbi yardımlar göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub", - deyə məlumatda bildirilir.
13:26
İmişli şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 12:00-da baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Vahid Şirəliyevin idarə etdiyi "MAN" markalı yük avtomobili, "Ford" markalı yük avtomobili və 1964-cü il təvəllüdlü Vidadi Cəfərovun idarə etdiyi VAZ-21099 markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində üç nəfər - Çahar kənd sakinləri olan, VAZ-21099-un sürücüsü V.Cəfərov və sərnişinləri - 1964-cü il təvəllüdlü Gülbəniz Cəfərova, 1956-cı il təvəllüdlü Vilayət Abbasova hadisə yerində həyatlarını itiriblər.
Həyatını itirən şəxslərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli Rayon Şöbəsinə təhvil verilib.
Qəza zamanı xəsarət alan Samirə Cəfərova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


