U-15 millimiz AÇ -da üçüncü olub
İspaniyanın paytaxtı Madriddə 15 yaşlı (U-15) yeniyetmələr arasında ağır atletika üzrə keçirilən və Azərbaycan atletlərinin də iştirak etdiyi Avropa çempionatı başa çatıb. AAAF-dan verilən məlumata görə, çıxışını 3 qızıl və 4 gümüş medalla başa vuran Azərbaycan millisi İspaniya, Polşa, Bolqarıstan və sair kimi ölkələri geridə qoyaraq, komanda hesabında üçüncü olub.
Yığmamızın aktivinə yazılan medallar Münasib Məmmədtağıyev, Lətif Əliyev və Məhəmmədəli Məmmədzadənin payına düşüb.
İNTİQAM Məmmədov


