YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Masallıda şəhid ailəsi üçün ev tikilib
Masallı rayonunun Köçəkli kəndində Qarabağ müharibəsi şəhidi Ceyhun Sabir oğlu Yaqubovun ailəsi üçün tikilən birmərtəbəli, üç otaqlı fərdi yaşayış evi istifadəyə verilib.
Şəhid ailəsi ilə görüşən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Ceyhun kimi qəhrəman oğullarımızın qəhrəmanlığından danışıb, dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə əlilləri və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.
Şəhidin ailə üzvləri onlar üçün tikilən fərdi yaşayış evinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə, xeyriyyəçilərə, tikintidə zəhməti olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Akif AĞAYEV


