Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Tahir Əmiraslanov:

 Balaban, iftar süfrəsi, təzhib və sədəfdüzmə sənətləri UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib

Hamımızı təbrik edirəm. UNESCO-nun Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti" habelə ölkəmizin iştirakı ilə hazırlanan "Təzhib sənəti"(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" (Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və "Sədəf sənətkarlığı" (Azərbaycan və Türkiyə) çoxmillətli faylları vardır.

Fəxr edirəm ki , “İftar və onunla bağlı sosial mədəni ənənələr” haqqına WICS Prezidenti kimi UNESCO-ya ünvanladığımız müraciət və AMKA adından göndərdiyimiz məktub UNESCO-da müsbət qarşılanmışdır.

Əlbətdə məktubumuzun arxasında duran və bunun üzərində böyük zəhmətlər çəkən Mədəniyyət Nazirliyinə minnətdarlıq edirik.

Azərbaycan Mədəniyyətinin, o çümlədən Mətbəx mədəniyyərimizin UNESCO-da və dünyada tanınmasında müstəsna xidmətləri olan Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkür edirik.

Best coffeeshop in Berlin