Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsi sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da  

Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Qonaqları salamlayan rektor Elçin Babayev belə görüşlərin Azərbaycan və Gürcüstan arasında mövcud olan əlaqələri möhkəmləndirməklə yanaşı, təhsil və elm sahələrində əməkdaşlıq, akademik mübadilə və birgə tədqiqat təşəbbüsləri üçün yeni imkanlar açdığını qeyd edib. O, BDU ilə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığı genişləndirməyin zəruri olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, BDU Gürcüstanın nüfuzlu elm və ali təhsil müəssisələri ilə dinamik əməkdaşlığa hazırdır. Bu tərəfdaşlıq qarşılıqlı müəllim, tələbə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini, müxtəlif istiqamətlər üzrə ikili diplom proqramlarının imzalanmasını əhatə edə bilər.

Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze Azərbaycanın ən böyük və qədim universitetində olmaqdan məmnunluğunu ifadə edib, Gürcüstan-Azərbaycan əlaqələrinin sürətlə və yüksək səviyyədə inkişaf etdiyini deyib. O, Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılmasının xalqlarımızın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Görüşdə BDU ilə Gürcüstanın ali təhsil müəsisələrinin təhsil, elm sahələrində əməkdaşlığının yeni mərhələyə yüksəlməsi istiqamətində müzakirələr aparılıb.

 

RUS:

Замглавы комитета парламента Грузии посетил БГУ

Делегация во главе с первым заместителем председателя Комитета по образованию, науке и делам молодежи парламента Грузии Георгием Чакветадзе посетила Бакинский государственный университет (БГУ).

Ректор Эльчин Бабаев отметил, что подобные встречи, помимо укрепления отношений между Азербайджаном и Грузией, открывают новые возможности для сотрудничества в сфере образования и науки, академического обмена и совместных исследовательских инициатив. Он отметил необходимость расширения сотрудничества БГУ с грузинскими вузами, выразил готовность к динамичной интеграции с авторитетными научными и высшими учебными заведениями Грузии. Это партнерство может включать взаимный обмен преподавателями и студентами, реализацию совместных проектов и подписание программ двойных дипломов по различным направлениям.

Гиоргий Чакветадзе отметил, что грузино-азербайджанские отношения развиваются стремительно и на высоком уровне. Гость выразил уверенность, что перспективы сотрудничества между Азербайджаном и Грузией в сфере науки и образования, обмен преподавателями и студентами, а также совместные научные исследования будут способствовать развитию наших народов.

На встрече обсуждались вопросы вывода интеграции БГУ с грузинскими вузами на новый уровень.

Best coffeeshop in Berlin