Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Yay düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində  

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Ziyarət zamanı iştirakçılara 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar, bu hadisələrin tarixi və hüquqi aspektləri, həmçinin faciənin miqyasını əks etdirən sənəd və materiallar haqqında ətraflı məlumat verilib.

Memorial Kompleksdə qorunub saxlanılan tarixi sənədlər, arxiv materialları, eləcə də insan qalıqları əsasında aparılmış arxeoloji və antropoloji tədqiqatlar nəticəsində hazırlanmış ekspozisiyalar gənclərin bu faciənin Azərbaycan tarixində buraxdığı dərin izlərlə yaxından tanış olmasına şərait yaradıb. Ziyarət çərçivəsində iştirakçılar soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

 

RUS:

Участники Летнего лагеря посетили Губинский мемориальный комплекс геноцида

Участники Летнего лагеря для студентов и детей шехидов и ветеранов, организованного Бакинским государственным университетом (БГУ), Евразийским региональным центром Молодежного форума Организации исламского сотрудничества (ОИС), организацией «Волонтеры БГУ» и Проектом поддержки личностного развития детей шехидов и ветеранов Əmanət, посетили Губинский мемориальный комплекс геноцида.

Посетителям была предоставлена подробная информация о массовых расправах, совершенных армянскими вооруженными формированиями против населения в 1918 году, историко-правовых аспектах этих событий, а также документы и материалы, отражающие масштабы трагедии.

Хранящиеся в Мемориальном комплексе исторические документы, архивные материалы, а также экспозиции предоставили молодежи возможность познакомиться с глубокими следами, оставленными этой трагедией в истории Азербайджана.

В рамках визита отдан дань уважения светлой памяти жертв геноцида.

Best coffeeshop in Berlin