Faiq İsmayılov:
Qərbi Zəngəzur: Gorunzor yaşayış məntəqəsi
Gorunzor (arm.Корнидзор.) — Qərbi Zəngəzurun Gorus rayonu ərazisində yerləşən kənddir. Kənd Gorus şəhərindən 16 kilometr şimal şərqdə, Gorus-Laçın şose yolunun sağ tərəfində dəniz səviyyəsindən 1190 metr yüksəklikdə yerləşir. Gorunzor kəndi XX əsrin əvvəllərində Gerenzur adı ilə Yelizavetpol quberniyasının Zəngəzur qəzasına daxil edildi. Sovet hakimiyyəti illərində kənd, Qərbi Zəngəzur Regionunun bir hissəsi kimi, Rusiyanın diqtəsi ilə yaradılan Ermənistan SSR-in tərkibinə qatıldı.
“Gorunzor” sözü “qor”- “gor”, “zor” türk sözlərinin birləşməsindən əmələ gəlmişdir. "Qor" sözü, türk dillərində, odun yanmasından sonra külün içərisində qalan xırda köz parçalarına deyilir. Yəni, qor, közün daha kiçik və közərmiş halını ifadə edir. "Gor" ifadəsi məzar kimi başa düşülsədə söz eyni zamanda "gör" interyeksiyası kimi təəccüb, heyrət, qorxu bildirir. Yəni "Gor" sözünün “zor” sözü ilə birləşməsi onu məzar ifadəsindən uzaqlaşdırır. “Zor” söz sonluğu “güc”, “zor işlətmək” anlamı yaradır.
“Goranzor” sızü ehtimala görə goran atəşpərəstlər məskəni, zor sözü isə güclü qəbilə, tayfa, oba anlamında başa düşülür. Bu sözün Goran sözü ilə uyğunluğu daha çoxdur. Belə olduğu halda Goranzor (gelan) gel–ger tayfası ilə daha çox uyğunluq təşkil edir. O zaman bu qənaətə gəlmək olar ki, Goranzor gel–ger tayfası nın yaşadığı ərazi olub. Bəzi tədqiqatçılar Goranboy sözünü Starbonun 17 kitabdan ibarət “Coğrafiya” əsərində göstərilən müxtəlif dilli 26 tayfadan biri olan “gel-ger” tayfasının adı ilə bağlandığını bildirirlər.
"Gorunzor" sözünün mənası konkret olaraq bir neçə fərqli mənaya yozula bilər. Ən çox yayılmış mənası, Azərbaycanın Goranboy rayonu ilə bağlıdır. Bəzi etimologiyalara görə, "Goran" sözü "qor" (od) və ya "gel-ger" tayfası ilə əlaqələndirilir. Həmçinin, "Goran" sözü Qarabağın Kolanı tayfasının Goran qoluna da aid edilə bilər. Bu zaman ərazi həmin tayfanın yaşayış yeri kimi başa düşülür.
Gorunzur kəndi Qərbi Zəngəzurun qədim yaşayış məskənlərindən biridir. Kəndin adı ermənilər tərəfindən dörd dəfə dəyişdirilib. Gorunzur kəndinin ərazisi qədim yaşayış məskənləri, qədim qəbristanlıq və memarlıq abidələri ilə çox zəngindir. Kəndin ərazisindəki dərədə 80-100 metr hündürlükdə 40-a yaxın kaha qədim yaşayış evi mövcuddur ki, hər bir kahada 20-25 nəfər rahat şəkildə yaşaya bilər. Kəndin içərisində IV-VI əsrlərə aid alban məbədi, Kəndin cənub tərifində XVII əsrə aid birnefli bazilika öz varlıqlarını indi də qoruyub saxlayırlar.
Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət abidələri Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri


