İsrail Əraqçini belə öldürmək istəyibmiş
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin onu hədəfə almasından danışıb.
AZpress.AZ-ın məlumatına görə, o, bildirib ki, İsrail onun yaşadığı evlə üzbəüz evə bomba yerləşdirərək öldürməyi planlaşdırıb.
“Bizim yaşadığımız ərazidə üzbəüz evə bomba qoyulub”, - Əraqçi qeyd edib.
O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında (21-22 iyun) iştirak etdiyi Türkiyəyə səfəri zamanı İsrailin pilotsuz təyyarələrini görüb.
Nazir qeyd edib ki, mobil telefonların söndürülməsi də daxil olmaqla təhlükəsizlik tədbirləri görülüb.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



