Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Zaur Əliyev:

Dərslik hazırlarkən müasir dövrün nüfuzlu elmi mərkəzlərin son məlumatlarına nəzər salın

Əziz dərslik və test hazırlayan müəllimlər. Çox zaman hazırladığınız materialları müasir dövrün araşdırmaları ilə uzlaşdırın. Çünki sovet dərslikləri və kitabları müasir texnologiyaların sayəsində əldə edilmiş nəticələr ilə uyğun gəlmir. İllərdir etdiyiniz səhvləri düzəltmək üçün bir neçə son illərin dəqiq nəticələrini sizlərə təqdim edirəm.

1) Nil dünyanın ən uzun çayı deyil daha

Afrikadakı Nil çayı çox vaxt Yer kürəsinin ən uzun çayı adlanır. Uzunluğu olduqca çox böyük bir ərazini əhatə etsə də (6695 km), ekspedisiya zamanı alimlər Cənubi Amerikadakı Amazon çayının Nildən (6800 km) uzun olduğunu aşkar ediblər.

2) Everest

Şübhəsiz ki, Everest dünyanın ən yüksək dağlarından biridir, lakin ən hündür deyil. Everest zirvəsinin hündürlüyü 8848 metr, Havaydakı Mauna Keanın hündürlüyü isə 10203 metrdir.

Mauna Kea haqqında niyə nadir hallarda eşidirik? Fakt budur ki, bu dağ silsiləsinin yarıdan çoxu su altındadır və Everest dəniz səviyyəsindən ən yüksək zirvədir. Ona görə də sual tərtib edəndə dəqiq yazın

Dəniz səviyyəsindən ən yüksək zirvə Everst. Amma dünyanın ən yüksək zirvəsi yazmayın.

3) Xeops piramidası

Uzun zamandır yanlış olaraq Misirdə Xeops piramidasını ən böyük kimi qələmə verirlər, lakin həcminə görə Yerdəki ən böyük piramida Meksikada yerləşən Böyük Cholula və ya Tlachihualtepetl Piramidası hesab olunur.

4) Ən böyük səhra

Əksər müəlliflər səhranın çox isti yer olduğuna inanır. Hətta Saxaranı ən böyük səhra kimi yazırsınız.

Əslində, səhra çox az yağış alan quru ərazi hesab olunur. Bunu nəzərə alsaq, Antarktida əslində dünyanın ən böyük səhrasıdır. Çünki elmdə Arktik səhra termini var.

5) Afrika

Afrikanı əksər alimlər və müəlliflər Cənub yarımkürəsinin bir hissəsi hesab edirlər, lakin qitənin təxminən üçdə ikisi əslində Şimal yarımkürəsindədir.

6) Keyptaun

Keyptaunun Cənubi Afrikanın paytaxtı olduğunu yazırsız. Lakin ölkənin inzibati sisteminə nəzər salsanız yanıldığınızı görərsiniz. Cənubi Afrika Respublikasında hökumətin üç qolunu təmsil edən üç rəsmi paytaxt var. Keyptaun qanunvericilik paytaxtı hesab olunur, Pretoriya və Bloemfontein isə müvafiq olaraq inzibati və məhkəmə paytaxtıdır.

7) Puerto-Riko

Əzizlərim , bu ölkə Karib adasıdır və tam müstəqil dövlət kimi özünü elan etməsinə baxmayaraq, ada Birləşmiş Ştatların "qeyri-korporativ mütəşəkkil ərazi" statusuna malik olan asılı ərazisidir (onun ayrılmaz hissəsi olmadan Birləşmiş Ştatlar tərəfindən idarə olunur); ərazidə ABŞ Konstitusiyasının qüvvəsi məhduddur; Ali hakimiyyət ABŞ Konqresinə məxsusdur, lakin ərazi özünüidarə sisteminə malikdir.

Puerto-Rikonun öz konstitusiyası, öz bayrağı, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri var. ABŞ ilə əlaqə ümumi vətəndaşlıq, valyuta və müdafiədir.

8) Qrelandiya

Dünyanın ən böyük adası olan Qrenlandiya Danimarka Krallığının tərkibində olan muxtar ərazidir. 8 il öncə istədilər müstəqillik əldə etsinlər. Dünya dövlətləri buna izn vermədilər.

9) Yeni Zellandiya

Yeni Zelandiya Danimarkaya aid olan Zelandiya adasının adını daşıyır. Bu yanlış fikirdir, əslində başqa bir Zelandiyanın - Hollandiyanın bir əyalətinin adını daşıyır.

Ona görə əzizlərim yazanda müasir dövrün nüfuzlu elmi mərkəzlərin son məlumatlarına nəzər salın.

 

Best coffeeshop in Berlin