Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı” adlı layihənin müraciət müddəti uzadılıb

Bakı Dövlət Universiteti  (BDU) və DOST Agentliyinin “Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı” adlı yeni layihəsinə müraciət müddəti uzadılıb. Layihədə iştirak etmək istəyənlər iyulun 31-i saat 18.00-dək layihələrini təqdim edə bilərlər.

Layihənin əsas məqsədi sosial sahədə rəqəmsal, innovativ və yaradıcı ideyalara malik olan tələbələrin təşəbbüslərinə dəstək göstərmək və onların cəmiyyətə faydalı layihələrini reallaşdırmaqdır.

Layihəyə müraciət etmək istəyən tələbələrdən komanda şəklində iştirak tələb olunur. Belə ki, komandalar minimum 2, maksimum 5 nəfərdən ibarət olmalıdır. Layihə üçün təqdim edilən ideyalar müəyyən kriteriyalara cavab verməlidir.

Layihənin ideyası tam və dəqiq olmalı, məqsəd və hədəfləri düzgün göstərilməli, eləcə də sosial sahədə dövlət siyasətini tamamlamalıdır. Layihə innovativ və yaradıcı olmaqla, sosial inkişafı dəstəkləməli, sosial xidmətlərin keyfiyyətinin artırılması və inklüziv həyat şəraitinin yaxşılaşdırılması məqsədini daşımalıdır. Layihə çərçivəsində təklif olunanlar həyata keçirilmə potensialına malik olmalıdır. İdeya fərdi və ya komanda şəklində hazırlanmalı, unikallıq nümayiş etdirməlidir. Həmçinin, layihənin davamlı inkişaf potensialına və dayanıqlılığına diqqət yetirilməlidir.

Layihədə iştirak edənlər bir sıra imkanlar əldə edəcəklər. Belə ki, uğurlu ideyalar növbəti mərhələlərə keçəcək və bu komandalar peşəkar mentorlarla işləmək şansı qazanacaqlar. Eyni zamanda, iştirakçılar ölkədə tanınmış təşkilat və qurumlarla şəbəkələşmə imkanı əldə edəcək, layihələrinə dair sertifikat və startap dəstəyi ala biləcəklər.

Qeydiyyat linki: Formu doldur

Layihə ilə bağlı əlavə sualları olan tələbələr dost_projects@sosial.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

 

RUS:

Продлён срок подачи заявок на проект БГУ и Агентства DOST

Продлён срок подачи заявок на новый проект Бакинского государственного университета (БГУ) и Агентства DOST «Поддержка инициатив студентов – Вернисаж проектов». Желающие принять участие в проекте могут подать свои проекты до 18:00 31 июля.

Основная цель проекта – поддержка инициатив студентов с цифровыми, инновационными и креативными идеями в социальной сфере и реализация их полезных для общества проектов.

Студенты, желающие подать заявку на участие в проекте, должны состоять в командах. Минимальный состав команды должен составлять 2, максимальный – 5 человек.

Участникам проекта будет предоставлен ряд возможностей. Успешные идеи пройдут в следующие этапы, а команды получат возможность поработать с профессиональными наставниками. Кроме того, участники получат возможность сетирования с известными организациями и учреждениями страны, а также получить сертификаты и поддержку для стартапов.

Ссылка для регистрации: Formu doldur

Дополнительные вопросы по проекту можно направлять на адрес электронной почты dost_projects@sosial.gov.az.

Best coffeeshop in Berlin