Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Zaur Əliyev: Hədiyyə üçün göstərdiyiniz şounu özünüzə saxlayın

Kənan M.M., Elçin Lənbəranski və bəzi tik tokçular. Azərbaycan xalqının Türkiyəyə yardım etməsi nə sizlərin çağırışına görədi, nə sizin videolar çəkib özünüzü reklam etməyinizə görədir. Bəsdirin xahiş edirəm, hər dəqiqə canlı açıb çağrışımıza gəldilər deyə caamatı bezdirməyin. Özünüzə like, şir, nə bilim nə hədiyyə almaq üçün göstərdiyiniz şou nəyə lazımdır ? Yığışdırın bunları.

Azərbaycan xalqı Türkiyəyə yardımı qəlbdən edir, qardaş çətin vəziyyətdədir deyə edir. Bu xalq siz dediz, demədiz hər zaman nəinki Türkiyə, bütün ehtiyacı olanların yanında olub və olacaq.

Ora yardım gətirənlərin videosunu öz fonunuzda çəkib insanların üzərindən xal qazanmayın. Özünüzü nə sayırsız ? Kimsiz axı siz. Tik tokda beş on nəfər var ətrafınızda deyə kim sizə ixtiyar verib bizim çağrşımıza gəldiyiniz üçün təşəkkür edirik deyə özünüzü gözə soxursuz. Bizim xalq kiminsə çağırışı ilə hərəkət edən XALQ deyil! Bizim xalq nə edirsə Qəlbdən edir. Bizim xalqın kiminsə çağırışına da ehtiyacı yoxdur. Lazımdır, demək orda olmalıdır. Bu xalqı az aşağılayın, guya siz çağırmasanız ora heç kim gəlməyəcək idi ? Bu xalqı belə aşağıda görürsüz ?

Bu qədər özündən razılıq, təkəbbürlük lazım deyil.

Ayıbdır, yığışdırın şounu belə gündə heç olmasa.

 

Best coffeeshop in Berlin