Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Balaca rəssamın uğurları

Rəsm ruhun azadlığıdır. Rəssamlıq sənətinin əsas əlamətləri emosionallıqdır.İndi sizə təqdim edəcəyimiz rəssam- Emiliya Qasımzadədir. 
Qasımzadə Emiliya Emin qızı 10 iyul 2010-cu ildə Sumqayıt  şəhərində anadan olmuşdur. Sonralar ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.Hazırda Baki şəhəri, Nəsimi rayonunda yerləşən 240 saylı orta məktəbin 7-ci sinfində təhsil alır. 12 yaşlı Emiliya 6-7 yaşından rəsmə meyl göstərmiş və kitabça üzərində fərdi şəkillər çəkmişdir. Uşaq yaşlarında onu cəlb edən maraqlı fotonu dərhal kağız üzərinə köçürmüşdür. 10 yaşına kimi fərdi şəkildə rəsm çəkən Emiliya son iki ildir professional şəkildə bacarığını daha da genişləndirmək üçün Good_luck_tedris mərkəzində rəsm dərnəyinə gedir. Rəssamlıq sənətinə ürəkdən bağlanan balaca rəssam rəsm sərgilərində fəallıqla iştirak edərək müəyyən dərəcələrə sahib olmuşdur. 2020-ci ildə keçirilən uşaq rəsm müsabiqəsinə qatılan Emiliya mükafata layiq görülüb. 2021-ci ildə isə Hərbi STEAM mühəndisləri layihəsində iştirak edib ve 2-ci yerə layiq görülmüşdür. Biz də balaca rəssama yaradıcılığında uğurlar arzulayırıq.

Xeyransa İsmayıl 

Best coffeeshop in Berlin