Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yanvarın 28-dən 30-dək kişi və qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 8-ci olan növbəti turun oyunları keçiriləcək.

İlk olaraq zərif cinsdən olanlar mübarizəyə başlayacaqlar. Tura saat 15:00-da Gəncə İdman Sarayında "Gəncə"-"Murov Az Terminal" oyunu ilə start veriləcək. Elə həmin gün saat 16:00-da Bakı Voleybol Mərkəzində "Abşeron"-"Milli Aviasiya Akademiyası" oyunu, saat 18:00-da eyni məkanda "Azərreyl"- UNEC qarşılaşması olacaq. 

Yanvarın 29-da isə kişilər meydana çıxacaqlar. Saat 16:00-da Bakı Voleybol Mərkəzində MOİK - "Neftçi",  saat 18:00-da eyni məkanda "Murov Az Terminal"-"Gənclər" oyunu keçiriləcək.

Ertəsi gün isə həmin məkanda təşkil ediləcək "Azərreyl"-"Xilasedici" oyunu (saat 16:00) ilə tura yekun vurulacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111