Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

İranda hicab taxmayanların şəxsiyyət vəsiqəsi bloklanacaq

Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və onlara sosial xidmətlərin göstərilməsi dayandırılacaq.

Bu barədə İran parlamentinin nümayəndəsi, İslam Şurasının Məhkəmə Komissiyasının rəhbəri Musa Qəzənfərabadi məlumat verib.

"Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsinin bloklanmasıyla bağlı plan hazırlanır. Bu planın əsas məqsədi sosial təzyiqləri artırmaq və təsdiq edilmiş geyimlərə riayət etməyənləri sosial xidmətlərdən məhrum etməkdir. Hicab taxmamaqda israrlı olanlar cərimələnəcəklər. Cəriməni ödəməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və daha sonra bank sistemindən istifadə imkanları kimi sosial xidmətlərdən məhrum ediləcəklər", - Qəzənfərabadi bildirib.

Best coffeeshop in Berlin