YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Qardaş köməyi: Ağcabədidən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək- Mais İbrahimov
Ölkəmizin bütün bölgələrində Türkiyədə baş vermiş, böyük dağıntı və fəlakətlərə səbəb olan zəlzələdən zərərçəkənlərə dəstək üçün humanitar yardım kampaniyası davam edir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, yardım kampaniyasına Ağcabədi Rayon İcra Hakimiyyəti də qoşulub. Belə ki, zəlzələ bölgəsinə enerji təminatı məqsədilə 7 ədəd generator, uşaq üçün 100 ədəd isti geyim, 250 ədəd açılıb-yığılan çarpayı, 100 ədəd qızdırıcı cihaz göndərilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə ard-arda 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Əsrin təbii fəlakəti adlandırılan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və çoxsaylı insan itkisinə səbəb olub.
Zəlzələ xəbərindən dərhal sonra – fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



