Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Şəmsəddin Əliyev:

 "İrqinə xəyanət edənin cəzası budur"

Rəvayət olunur ki,Sultan Səlim bir gün əyaləti gəzərkən göyərçinlərin(kəbutər) dəyərinin fərqli qiymətdə olduğunu gördükdə satıcıya yaxınlaşıb soruşur:

-Qəfəsdəki göyərçin 50 qızıla,amma qəfəsdən kənarda dən arayan quşlar isə 1 qızıla satılır?

Satıcı :

-Əfəndim!Qəfəsdəki göyərçin qurr-qurru ilə sanki "azadlıqda" olan quşları yanına çağırır və quşlar qəfəsə daxil olan kimi biz onları rahat tutub sata bilirik,-deyir.

Sultan Səlim davamını dinləmədən xəncərini çəkib göyərçinin başını kənara atır.

"İrqinə xəyanət edənin cəzası budur",-deyib xəncərini qınına qoyur.

Rəvayətdə böyük bir müdrik məna var.Sizcə ,casusluq edib Vətəninə xəyanət edən,millətini satan,maraq doğuran məlumatları toplayıb əcnəbi dövlətlərinə ötürən şəxslərin cəzası necə olmalıdır?

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111