ABŞ YUNESKO-dan çıxdığını elan etdi
Dövlət Departamentinin məlumatına görə, ABŞ 2027-ci ildə YUNESKO-dan çıxacaq.
Müvafiq məlumat idarənin saytında dərc olunub.
“YUNESKO-dan çıxmaq 2026-cı il dekabrın 31-də baş tutacaq”, - deyə məlumatda bildirilir.
Dövlət Departamenti izah edib ki, qərar YUNESKO-nun “parçalayıcı mədəni və sosial məqsədlərə” dəstəyi ilə bağlıdır. Bundan əlavə, onlar əlavə ediblər ki, “Fələstini üzv dövlət kimi qəbul etmək qərarı olduqca problemlidir, ABŞ-ın siyasətinə ziddir və təşkilatda anti-İsrail ritorikasının yayılmasına töhfə verir”.


