Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

10 il sonra ev işlərini artıq robotlar edəcək

İngiltərənin "Oxford" və Yaponiyanın "Ochanomizu" universitetlərinin tədqiqatçılarının araşdırmasına görə, 10 ildən sonra ev işlərinin 39 faizini robotlar görəcək.

İki universitetin apardığı tədqiqatda 65 süni intellekt (AI) mütəxəssisi iştirak edib.

Tədqiqatda Böyük Britaniyadan 29 və Yaponiyadan 36 mütəxəssis yer alıb.

Mütəxəssislər ərzaq alış-verişinin avtomatlaşdırmadan ən çox təsirlənən iş olacağını proqnozlaşdırıb. Alış-verişə sərf olunan vaxtın 60 faiz azalacağı bildirilib. Gənc və yaşlı insanların qayğısına qalmaq isə süni intellekt texnologiyalarından ən az təsirlənəcək işdir.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, britaniyalı kişi mütəxəssislər qadın həmkarlarına nisbətən ev işlərində avtomatlaşdırmaya daha çox meyllidir. İngiltərədə əmək qabiliyyətli kişilərin yarısı əmək qabiliyyətli qadınlar qədər ev işi görür. Yaponiyada isə bunun əksi doğrudur. Burada kişilər ev işlərini qadınlardan 5 dəfə az edir. Ev işlərində qadınların üzərinə düşən qeyri-mütənasib yük onların qazancları, əmanətləri və pensiyalarına mənfi təsir göstərir. Buna görə də tədqiqatçılar deyirlər ki, avtomatlaşdırmanın artırılması gender bərabərliyinə gətirib çıxara bilər.

Mütəxəssislərin avtomatlaşdırmanın edə biləcəyini düşündüyü vəzifələr müxtəlifdir.

1966-cı ildə "Tomorrow's World" televiziya şousu nahar hazırlayan, it gəzdirən, körpəyə baxan, alış-veriş edən, kokteyl hazırlayan və bir çox başqa işləri görə bilən bir ev robotunu təsvir edib. Hesabata görə, bu robotu yaradanlara 1 milyon funt sterlinq ödənilsəydi, bu texnologiya 1976-cı ildə bizimlə ola bilərdi.

Best coffeeshop in Berlin