Mərkəzi Elmi Kitabxana beynəlxalq elmi konfrans təşkil edir
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu müəssisənin 100 illiyinə həsr olunan “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Kitabxanadan AZpress.AZ-a bildirilib ki, konfransın işi “Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər”, “Akademik kitabxanalar rəqəmsal informasiya mühitində”, “Kitabxana fəaliyyətinin müasir vəziyyəti: beynəlxalq və yerli təcrübə”, “Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu” istiqamətləri üzrə planlaşdırılır.
Tezislər oktyabrın 20-dək qəbul ediləcək.
Məqalələr mekkonfrans.az@gmail.com ünvanına göndərilməlidir. Konfrans haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür.
Konfrans materialları jurnal şəklində nəşr olunacaq.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



