Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

İlqar Əlfioğlu: 

Bu da vəfa borcum idi...

Mənim bir xasiyyətim var, dostum bir vəzifəyə getdi, əlaqəmi kəsirəm...

Rövşənlə cavanlıqdan səmimi münasibətlərim olub. AZİ-dəki İnterkluba veçerlərə də gedərdik hətta... Laçında işləyəndə, tez-tez görüşürdük...

Bir dəfə məni Nazirliyin yanında gördü, onda müavin idi deyəsən. Gileylə soruşdu ki, hara itmisən, görünmürsən...

Dedim ki, sən iş adamısan, mən bekar; mənim vaxtım çox, səninki az, ayaqlaşmarıq.

Bir az da incidi. Dedim, sən canın incimə. İnşallah, sağ-salamat işdən çıxarsan, görəndə ki, ayaqlaşaram, gələcəm...

Bir də, onun meyit namazı qılınanda, Təzə Pirdə cənazəsinin yanında görüşdük, gecə idi, onunla molladan başqa, altı nəfər vardı...

Özündən sonra Bəxtiyar əmiyə, Tamara xalaya son günlərinə kimi tez-tez dəyirdim...

Bu da vəfa borcum idi...

Allah hamısına rəhmət eləsin.

Həyatdı da...

 

Best coffeeshop in Berlin