YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Bəybala Mirzəyev: İngilis səfirin Azərbaycansayağı bayram qutlaması
Azərbaycandakı xarici diplomatik korpusun nümayəndələri arasında ən fəalı, ən kreativi və ən səmimisi mən deyərdim ki, məhz Böyük Britaniyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Fergus Auld`dur.
Adam Azərbaycan xalqına sayğısını hər fürsətdə nümayiş etdirməyə, milli-mənəvi dəyərlərimizə heyranlığını hər kəslə bölüşməyə çalışır.
Ana dilimizdə danışmağa və yazmağa səy göstərməyi ilə isə cənab Fergus Auld nəinki digər xarici səfir həmkarlarına, eyni zamanda öz dilimizdə danışmağı özünə sığışdırmayan bəzi dırnaqarası "azərbaycanlı"larımıza da əsl ustad dərsi keçir, onları utandırır.
Bu gün Twitter hesabında paylaşım edən Fergus Auld xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.
O, lap köhnə kişilər kimi milli adət-ənənələrimizə uyğun olaraq bayram süfrəsi ətrafında bardaş qurub əyləşib və bayrama aid olan nemətlərin dadına baxıb. Sonra isə öz təəssüratlarını sosial şəbəkədə bölüşüb:
“Mən Azərbaycana gələndə məhz bu bayramı çox böyük səbirsizliklə gözləyirdim. Nəhayət, bütün Novruz şirniyyatlarının dadına baxdım. Bəh-bəh-bəh!
Novruz bayramınız mübarək!"
P.S.
İngilis diplomatiyası həmişə fərqlənməyi bacarır.


