YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
İlqar Əlfioğlu: Maşını olanlar üçün vergi tətbiq etsəniz, varlımız da 5-10 faiz ancaq olar, xətirlərinə dəyərsə, sərin su içərlər
Ölkənin avtomobil parkını yeniləmək üçün təzə qanun çıxarırlar. Bu isə ancaq yetmişinci illərdən qalan maşınların ömrünü uzadacaq. Məncə, ondan əvvəl ictimai nəqliyyatın normal çalışmasına, küçələrdə ayrıca velosiped, skuter, piyada üçün maneəsiz hərəkət imkanı yaratmaq lazımdır. Sadaladığım vasitələrə hərəkət prioriteti verilməlidir, mütləq! Bunları təmin etmək üçün də camaatın dərdini bilmək lazımdır.
Mən lazım bildiyim tədbirləri bir-bir yaza bilərdim, amma yazmıram. Eləcə BNA adlı qurumda çalışanların hamısını həftədə bir dəfə işə, yaşından asılı olaraq, piyada, velosipeddə, skuterdə, ictimai nəqliyyatda gəlməsi barədə ciddi göstəriş verilməlidir. Məncə, orda başları isləyənlər də olmamış deyil, xalq kimi zülüm çəkəndə bütün paslanmış beyinlər isləyəcək.
Eləcə, bes-on bahalı maşını olanlar üçün hər növbətisinə həndəsi silsiləylə artan vergi tətbiq etsəniz, yoxsul təbəqə inciməz, varlımız da 5-10 faiz ancaq olar, xətirlərinə dəysə, sərin su içərlər.
Bir də... Bunu deməsəm olmaz: dövlət vəsaitini israf eləmək, onu müxtəlif adlar altında mənimsəmək dövləti cinayət sayılmalıdır. Oğurluq vəsaiti bu gün müsadirə edib sabah qaytarmaq praktikasından da əl çəkməlisiniz, gülməli görunür.
P.S. indi yadıma düşdü: 1976-da İranda şəhər mərkəzinə bir gün nömrəsi cüt, bir gün də tək olan maşınlar buraxılırdı.
Yaxud, İstanbuldakı metrobuslar...


