UEFA Çempionlar Liqasının oyununa azərbaycanlı hakim təyin olunub
FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
O, futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) matçının baş hakimi olacaq.
E.Məsiyevin köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR italiyalı Canluka Aurelianoya, AVAR isə azərbaycanlı hakim Əliyar Ağayevə həvalə olunub.
Xatırladaq ki, görüş iyulun 23-də Riyekada, eyniadlı stadionda baş tutacaq.


