Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU rektoru Elçin Babayev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı imzalayıb.

BDU ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təhsil, elmi-tədqiqat, innovasiya, insan kapitalının inkişafı, strateji kommunikasiya, davamlı inkişaf sahələrində əməkdaşlıq edəcək, çoxsaylı layihələr həyata keçirəcək.

Memorandum çərçivəsində milli iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə ortaq tədqiqatlar aparılacaq, Universitetin elmi potensialı Mərkəz tərəfindən aparılan islahatların təhlilində istifadə olunacaq. Universitetin tələbə və tədqiqatçıları üçün Mərkəzdə təcrübə proqramları, mentorluq, seminar və təlim proqramları təşkil ediləcək. Məlumat və resurs mübadiləsi çərçivəsində açıq məlumat bazalarının, analitik hesabatların və iqtisadi təhlillərin paylaşılması, strateji sənədlər və dövlət proqramlarının elmi əsaslandırılması məqsədilə tövsiyələrin hazırlanması, davamlı inkişaf, yaşıl iqtisadiyyat və sosial rifah mövzularında ekspert müzakirələri və dəyirmi masaların təşkili, rəqəmsal iqtisadiyyat sahəsində ortaq təşəbbüslər və pilot layihələrin, startapların dəstəklənməsi də əməkdaşlıq ediləcək sahələr sırasındadır.

Bununla yanaşı, tərəflər strateji kommunikasiya və ictimai rəyin öyrənilməsi üzrə də sıx əməkdaşlıq edəcəklər. Bu çərçivədə iqtisadi islahatların ictimai təsirlərinin öyrənilməsi üzrə sorğular və sosial tədqiqatların keçirilməsi, birgə məlumatlandırma kampaniyalarının təşkili nəzərdə tutulur.

 

RUS:

 

БГУ подписал меморандум с Центром анализа экономических реформ и коммуникаций

Меморандум взаимопонимания по сотрудничеству подписан между Бакинским государственным университетом (БГУ) и Центром анализа экономических реформ и коммуникаций.

Меморандум подписали ректор БГУ Эльчин Бабаев и исполнительный директор Центра анализа экономических реформ и коммуникаций Вюсал Гасымлы.

БГУ и Центр анализа экономических реформ и коммуникаций будут сотрудничать в области образования, научных исследований, инноваций, развития человеческого капитала, стратегических коммуникаций, устойчивого развития и реализовывать многочисленные проекты.

В рамках меморандума будут проводиться совместные исследования, а научный потенциал университета будет использоваться для анализа проводимых Центром реформ. Для студентов и исследователей вуза в Центре будут организованы стажировки, наставничество, семинары и тренинги. Направления сотрудничества включают обмен открытыми базами данных, аналитическими отчетами и экономическими анализами, подготовку рекомендаций по научному обоснованию стратегических документов и государственных программ, организацию экспертных дискуссий и круглых столов по вопросам устойчивого развития, зеленой экономики и социального обеспечения, совместные инициативы и пилотные проекты в сфере цифровой экономики, а также поддержку стартапов.

Кроме того, стороны будут тесно взаимодействовать в области стратегических коммуникаций и изучения общественного мнения. Планируется проведение опросов и социологических исследований, организация совместных информационных кампаний.

Best coffeeshop in Berlin