Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Fazil Mustafadan yeni AÇIQLAMA: "Məqsədlərinə çata bilmədilər"

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ötən gün silahlı hücuma məruz qalan deputat Fazil Mustafa ilə telefon əlaqəsi saxlayıb.

Bu barədə komitə sədri bildirib ki, Fazil Mustafa hadisənin necə baş verməsi və digər nüanslarla bağlı ona məlumat verib:

“Fazil bəylə sırf tibbi səbəblərdən əyani görüşmək məqbul sayılmır. Ona görə də bu gün telefonla  geniş danışdıq. Fazil bəy hadisəni nəql etdi, həm də göstərdiyi dəstəyə görə hər kəsə təşəkkürünü bildirdi. Eyni zamanda o, qeyd etdi ki, terroru həyata keçirməyə çalışan qüvvələr öz məqsədlərinə nail ola bilməyiblər. Kimlərsə gəlib evin kandarında deputatın ailə üzvlərinin olduğu ərazidə sui-qəsd etmək istəyibsə, onlar professional qüvvələr deyil. Əlbəttə, bu hadisə şəxsi zəmində olmayıb, dövlətin təhlükəsizliyinə zərbə vurmaq istəyiblər. Bu cür hadisələrlə 90-cı illəri geri qaytarmaq mümkün deyil”.

Best coffeeshop in Berlin