Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev:

Qanadlar

(pritça)

Allah insanı yaratmağa qərar verəndə onu qanadlı etmək istədi. O, dünyanın ən möhtəşəm varlığının uçmasını da istəyirdi: - könlü istəyəndə, lap quşlar kimi uçsun.

Qoy göylərdə qartal kimi süzüb onun üçün yaratdıqlarım gözəllikləri görsün.

Elə də etdi, insana iri, lələkləri gözəl qanadlar düzəltdi. Yalnız belə iri və geniş qanadlar onu göylərə rahat qaldıra bilərdi.

Yaradan qanadlı insana baxıb duruxdu:- belə iri qanadlar versəm insanlara, onlar bir- birini qucaqaya bilməyəcəklər axı?

Bəs onlara verdiyim hissləri qucaqlaşmadan necə ifadə edəcəklər?

Ana balasını belə yekə qanadlar ilə qucaqlaya bilməyəcək.

Sevgililər qucaqlaşa bilməsələr bəs?

Allah insanın qanadlarını ləğv edib ona iri qanadları əvəzinə təxəyyül verdi; -qoy təxəyyülü ilə hara istəsə uçsun, lap ulduzlara qədər.

Beləcə, Allah insanı qanadlarsız yaratdı.

Amma, insan nə vaxtsa, qanadlarının olduğunu hiss edir və hər dəfə göyə baxanda qollarını qanad kimi geniş açıb gözlərini səmanın dərinliklərinə həsrətlə zilləyir…

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin