Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nəriman Qasımoğlu: 

VASİTƏÇİSİZ

1988-ci ildə “Şeytan” başlıqlı şeir yazmışdım, mətbuatda, kitabımda dərc edilib. Şeir bu sətirlərlə bitir:

Mənimlə baş-başa gələnə bir bax,

şeytanla sazişə girib xəlvəti.

Təkbətək döyüşdə əzişdirərdim

yurduma göz dikən o kəmfürsəti.

Yüz dəfə demişəm gəl əlbir olaq,

güvənək həmişə öz çəkimizə.

Mən vətən dəlisi, sən ağıldan kəm,

şeytan kələk gəlir hər ikimizə.

Yalançı vədləri yem kimi atır

vurmaqçün aranı şeytan bu tora.

Yem üstə dalaşan əsir balıqlar

düşdüyü bu tordan çətin qurtula.

…Abu-Dabi görüşünü mətbuatdan izlədim. Vasitəçisiz görüş. Bölgəmizi vasitəçinin qurduğu tordan qurtuluşa aparan görüş. Xeyirli olsun.

Və çox sevinirəm şeir də, deyəsən, aktuallığını itirir . O günü səbrsizliklə gözləyirəm ki, tam olaraq itsin, bir daha onu altında tarix də qoyub heç dərc etdirməyim, eləcə qalsın arxivdə…

Best coffeeshop in Berlin