Mixail Qriqoryeviç Yefremovun "Qırmızı Bayraq" ordeni ilə təltif edilməsi haqqında əmrin ana dilimizə tərcüməsi
AŞAĞIDAKI BƏLGƏNİN ANA DİLİMİZƏ ÇEVİRMƏSİ İLƏ TANIŞ OLUN
№ 280
13 noyabr [1920]. Azərbaycan İŞC XI Qırmızı Ordusu dəmiryollarını qoruyan və müdafiə edən qoşunlarının rəisi M.Q.Yefremovun Qırmızı Bayraq ordeni ilə təltif edilməsi haqqında əmr
AZƏRBAYCAN İNQİLAB KOMİTƏSİNİN ƏMRİ
Azərbaycan İctimai Şura Cümhuriyyəti cəsur XI Qırmızı Ordusunun dəmiryollarını qoruyan və müdafiə edən qoşunlarının rəisi və hərbi komissar yol[daş] Yefremov Mixail Qriqoryeviç 27 aprel 1920-ci ildə Bakı ş[əhərinin] alınmasına və yol[daş] Yefremov Azərbaycanın burjua Müsavat hökumətinin ürəyinə ildırım sürətli öldürücü zərbə endirdiyinə görə Azərbaycan İctimai Şura Cümhuriyyətinin Qırmızı Bayraq ordeni ilə təltif edilir.
Yol[daş] Yefremov Mixail Qriqoryeviçə 1 №-li Qırmızı Bayraq ordeni verilib.
Azərbaycan İnqilab Komitəsinin sədri N[ƏRİMAN] NƏRİMANOV
Xalq hərbi dəniz komissarı Ə[LİHEYDƏR] QARAYEV
Azərbaycan İnqilab Komitəsinin katibi QABRİÇİDZE
“Коммунист” [qəzeti], 1920, 16 noyabr.
Ədalət Tahirzadə


