Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AMEA əməkdaşlarının nüfuzlu elmmetrik bazalarda indekslənən elmi jurnallarda işıq üzü görmüş məqalələrinin sayı artıb

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ AMEA əməkdaşlarına 2025-ci ilin birinci yarısı üzrə impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında olub.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli bildirib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə AMEA Rəyasət Heyəti tərəfindən Akademiyada çalışan alim və mütəxəssislərin məqalələrinin nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən elmi jurnallarda daha intensiv dərc olunmasını təşviq etmək məqsədilə “AMEA əməkdaşlarına impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərar qəbul edib. Qərara əsasən, AMEA əməkdaşları üçün nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən nəşrlərdə dərc olunmuş elmi işlərə görə mükafatlar təsis edilib, elmi müəssisə və təşkilat rəhbərlərinə müvafiq materialların ildə iki dəfə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə təqdim edilməsi tapşırılıb. 
Aynur Günəşli ötən illə müqayisədə nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən jurnallarda AMEA əməkdaşlarının işıq üzü görmüş məqalələrinin sayında iki dəfədən artıq artımın qeydə alındığını və bu göstəricinin ilin sonunda daha da artacağının proqnozlaşdırıldığını söyləyib.
Daha sonra iclasda geniş müzakirələr aparılıb, müvafiq qərar qəbul olunub.

Best coffeeshop in Berlin