Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səbuhi Qəhrəmanova yeni vəzifə həvalə edilib

AMEA-nın “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) sədri təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən yaradılan AZSTAND/TK 52-nin əsas məqsədi fəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanın formalaşdırılması, milli informasiya infrastrukturunun inkişafı, nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə, sənəd mühafizəsi və digər əlaqəli sahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə də beynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlət standartlarının hazırlanmasıdır.
Qeyd edək ki, Səbuhi Qəhrəmanov həmçinin Avropa Elmi Redaktorlar Assosiasiyasının Azərbaycan bölməsinin sədri və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə elmi şurasının üzvü, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının məsul katibidir.

Best coffeeshop in Berlin