Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Şəmsəddin Əliyev:

Hər birimiz dilimizin zənginliyini və bütövlüyünü qoruyub saxlamağı bacarmalıyıq

DÜNYA ŞÖHRƏTLİ ALMAN YAZIÇISI VƏ NOBEI MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞ HAYNRİX TEODOR BÖLL İSVEÇ AKADEMİYASINDA MÜKAFATIN TƏQDİMAT MƏRASİMİNDƏ KİÇİK BİR NİTQ DƏ SÖYLƏMİŞDİ:

"...Cənab Baş Nazir,xanımlar və cənablar!

Mən almanam,sadə alman və mənim alman olduğumu sübuta yetirən təkcə şəxsiyyətimi təsdiq edən pasport deyil,həm də danışdığım ana dilimdir.Bu gün məhz bu dildə yazdığım yazılara verilən böyük qiymətə görə qürur duyuram.Bu qüruru mənə bəxş edən İsveç Akademiyasına və İsveç ölkəsinə öz adımdan,dilini təmsil etdiyim ölkə adından dərin minnətdarlığımı bildirirəm."

Qısa nitqdə nə qədər böyük və dərin məna var...

Kimliyindən,əqidəsindən və tutduğu qulluq mövqeyindən asılı olmayaraq hər birimiz dilimizlə qürur duymalı,onun zənginliyini və bütövlüyünü qoruyub saxlamağı bacarmalıyıq.

Latın xalqı yoxdur,amma latın dili var və qorunur...

Ana dilimizi göz bəbəyimiz kimi qorumaq Konstitusion borca çevrilməlidir!

Best coffeeshop in Berlin