Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tahir Əmiraslanov:

Bu kitab ermənilərə verilən tutarlı cavablarımızdan biridir

03.07. 2025 tarixdə Sosial Tədqiqatlar Mərkəzində dəyərli Millət Vəkili və Sosali Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun təşkilatçılığı altında “İrəvan xanlığı bölgə mətbəxi” kitabının təqdimatı keçirildi.

Açılış nitqində Zahid Oruc milli mətbəx və milli mətbəxin yeri barədə dərin elmi araşdırmalara əsaslanan çıxışı ilə geniş giriş verdi.

Bu təqdimata və təşkilatçılığa görə çox hörmətli Zahid müəllimə və Mərkəzin bütün kollektivinə minnətdarlığımızı bildiririk.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti (AMKA) Tahir Əmiraslanovun rəhbərliyi ilə hazırlanan “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabı 2020-ci ildə nəfis şəkildə “TEAS Press” nəşriyyat evi tərəfindən çap edilib. Kitabın hazırlanması ilə bağlı işə Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda səsləndirdiyi “İrəvan, Ermənistan ərazisi bizim dədə-baba torpaqlarımızdır” ifadəsinə cavab olaraq başlanılıb. Azərbaycan Republikası Prezidentinin 2011-ci ildə AMEA-dakı proqram çıxışında “Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki, milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan dolma ermənicə nə deməkdir, onu deyə bilməz. Çünki bu erməni sözü deyildir. Ona görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli, mədəni irsimizi qorumalıyıq” ifadəsinə əsaslanıb. AMKA bu məqsədlə əslən İrəvan bölgəsindən zaman-zaman didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edib, 1500 nəfərdən müsahibə alıb, bir çox tarixi, etnoqrafik, digər elmi mənbələri araşdırıb, “Xanədan” etno restoranında İrəvan mətbəx günləri keçirib və İrəvan xanlığı guşəsi yaradıb. Nəticədə 413 xörək nüsxəsi toplanıb, onların texnoloji təhlili aparılıb, düsturlar texnoloji, tarixi, coğrafi, etnoqrafik cəhətdən dəqiqləşdirilib, təcrübədə hazırlanıb və şəkilləri çəkilib. İrəvan mətbəxinə aid tədqiqatlar kitabda 74 səhifədə, xörək düsturları isə 389 səhifədə yer alıb.

Kitabın sonuda 5-dən çox daha dəqiq distur təqdim edən 64 respondentin siyahısı verilib.

Disturların bir hissəsi tarixi ədəbiyyat əsasında bərpa edilib

Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKA-nın Prezidenti Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKA-nin üzvü, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır.

Kitaba ön sözü nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova rəyi tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazov verib.

Ekspertlər hesab edirlər ki, bu kitab Azərbaycan milli mətbəxinin ermənilər tərəfindən özününküləşdirilməsinə, mətbəx və mətbəx tarixinin mənimsənilməsinə qarşı güclü təbliğat vasitəsi kimi əsaslı mənbə və təbliğat silahı kimi istifadə edilə bilər.

Giriş sözünü filologiya üzrə fəlsəfə doktoru layihə rəhbəri Qivami Rəhimli yazıb.

2021-ci ildə bu kitab 4 başqa kulinariya kitabımla bərabər İsveçrədə Alfred Nobel mükafatı ev muzeyinə yerləşdirdim.

2021-ci ildə kitabı “Dünya Kulinariya kitabları mükafatı təşkilatı “ nın ekspertlərinə göndərəndə bunu yalnız məşhur kulinar Stalik Xankişiyev bilirdi və yardım edirdi. Bunu çöldəki və içimizdəki ermənılərdən xəlvət edirdik. Kitab bu təşkilat tərəfindən 2021-ci ildə “Dünyanın ən yaxşı region mətbəxi mükafatına” layiq görülüb.

Kitabın Parisdə mukafat alması üçün göndərilən komandanın ezamiyyə xərclərini mənım yazılı xahişim əsasında qarşıladığına və verdiyi dəstəyə görə Diaspora ilə iş üzrə Dövlət Komitəsinə bir daha minnətdarlığımızı ifadə edirik

Kitabı mən TÜRKSOY-un və “Dünya İslam Kulinariya birliyinin “ rəhbərlərinə təqdim etdikdən sonra 2024-cü ildə kitab “Dünya İslam Kulinariya Birliyi”nin öz ölkəsindən qaçqın düşmüş “müsəlman toplumunun mətbəx mədəniyyətinin assimilyasiyadan qoruduğuna görə” və TURKSOY-un “Qərbi Azərbaycan Türklərinin milli mətbəx mədəni irsinin toplanması, restavrasiya edilməsi, qorunması və assimilyasiyasının qarşısının alınmasına görə” mükafatına layiq görülüb.

Kitabın 2025-ci ildə yenidən İngiliscə nəşrində bütün bu sənədlər və müvafiq fotolar öz əksini tapmışdır.

Kitabın İngiliscə nəşri, bu nəşrin əsas səbəbkarı, təşkilatçısı, təşəbbüskarı Rəşid müəllim Hüseynovun ön sözü ilə başlayır. Rəşid müəllim Milli Kulinariya Assosiyasının daimi sponsorlaru kimi bizimlə görüş zamanı kitabla 2021-ci ildə tanış olduqdan sonra öz təklifi ilə 4 ərzində bu kitabın tərcümə edilməsi və ərsəyə gəlməsi üzərində çalışmış , tərcümə və cap xərclərini tam qarşılamışdır.

İngiliscə nəşrə giriş sözünü İrəvan xanlarının nəvəsi Amir Əli Sərdari İrəvani vermişdir.

Mən onunla Ştudqartda Kulinariya Olimpiadasında görüşümüz zamanı bu rəyi yazmasına razılıq almışdım.

Kitabı İngilis dilinə tərcümə edən BDU-nun xarici dillər kafedrasının müdiri filologiya elmləri doktoru Beylər Hacıyevdir.

İngilis dili nəşrini yüksək səviyyədə TEAS nəşriyyatı həyata keçirib.

Kitabın hazırlanmasına təşkilatı-texniki dəstək “YABAN pub və restoranlar” “şəbəkəsi və “Xanədan” etno-testoranı tərəfindən verilib.

Hazırda bu komanda kitabın rus dili nəşri üzərində işləyir.

Ermənilər təkcə bizim torpaqlarımızı, maddi mədəni abidələrimizi deyil, həm də qeyri-maddi mədəni irsimizi, o cümlədən milli mətbəx abidələrimizi, irsimizi talan edib, dağıdıb və mənimsəyiblərBu kitab onlara verilən tutarlı cavablarımızdan biridir.

Best coffeeshop in Berlin