Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Pezeşkian Azərbaycana səfərini müsbət qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyevlə görüş müsbət və dostluq şəraitində keçdi.

Bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən 17-ci sammitindən qayıtdıqdan sonra Tehranda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu görüşdə iqtisadi və regional əməkdaşlıq sahəsində müsbət razılaşmalar formalaşıb.

İran prezidenti qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş çox müsbət və konstruktiv keçib. Bu görüşdə iqtisadi məsələlər diqqət mərkəzində olub və gələcək diplomatik koordinasiya ilə bağlı məsləhətləşmələr aparılıb.

Pezeşkian qeyd edib ki, Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşdə konstruktiv danışıqlar aparılıb. İki ölkə arasında əlaqələrin inkişafı üçün qarşılıqlı anlaşma və lazımi dəstək üçün səylər qeyd olundu. Görüşdə həmçinin diplomatik və birgə iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

İran prezidenti əlavə edib: Tacikistan prezidenti Emoməli Rəhmonla görüşdə iki ölkə arasında iqtisadi, elm və nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Görüşdə iki ölkə arasında əməkdaşlıq prosesinin gücləndirilməsi vurğulanıb.

"Bu cür səfərlər müsəlman ölkələri arasında əlaqələrin möhkəmlənməsinə şərait yarada bilər. Elm, nəqliyyat və mədəniyyət sahələrində rəsmilər, mütəxəssislər daha fəal olmalıdırlar. Qarşılıqlı səfərlər təkcə prezidentlər səviyyəsində olmamalıdır. Nazirlər və nazir müavinləri əldə olunmuş razılaşmaları öz gündəmində saxlamalıdırlar".

Xatırladaq ki, iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammiti keçirilib.

Best coffeeshop in Berlin