YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
İlkin Qənbərin "Böyük Ermənistan" xülyası
Ölkədə mövzu bitmək bilmir. İndi də İsa Qənbərin Kanadada yaşayan oğlu İlkin Qənbər qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşıb. Bununla kifayətlənməyən İlkin Qənbər "Ermənistan Krallığı:Roma ilə Parfiya arasında - Qədim tarix. Sənədli film” " adında film də çəkib. Filmdə Ermənistanın qədim tarixə dayandığını sübut etməyə çalışan İlkin Qənbərin bu işinin ərsəyə gəlməsində bir neçə azərbaycanlı da iştirak edib. Filmdə göstərilməyə çalışılır ki, Azərbaycan və qardaş Türkiyənin torpaqlarında Ermənistan adlı dövlət qədimdən mövcüd olmuşdur. Təbii ki, bütün bunlar yalnış məlumatlardır. Onların deyildiyi kimi "Böyük Ermənistan" adlı dövlət tarix boyu mövcud olmayıb. Tarixdə erməni adına 1836-cı ildə rast gəlinib. Əfsuslar olsun ki, özəyi bizdən olub düşmənin ayağının altına yatanlar da hər zaman mövcud olub, olacaqda...
X.İsmayıl


