Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Rüstəm İsmayılov:

“Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının yekun tədbiri keçirilib

Bu gün Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” adlı adlı müsabiqə-festivalıns yekun vurulub. Festivalın məqsədi gəncləri Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanış etməklə bərabər, türkdilli dövlətlər arasında mədəni əlaqələri genişləndirməkdən ibarət olmuşdur. Müsabiqəyə türkdilli dövlətlərin məktəbliləri arasında 2000 min şagird qatılıb.  Qalib iştirakçılar diplom və hədiyyələrlə təltif edildi. Qazanılan diplomlar səfirliklərin nümayəndələrinə təqdim olundu. Tədbirin sonunda türkdilli xalqlara məxsus rəqslər nümayiş olundu...

Əlavə olaraq AZpress.AZ İnformasiya Agentliyi AZƏRTAC-ın məlumatını təqdim edir:

Aprelin 27-də Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli 
Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” adlı I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının yekun tədbiri keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanalıyev, Türkmənistanın Azərbaycandakı konsulu Sultan Akilov, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin 3-cü katibi Ramazan Otabek, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak edib.
Müsabiqə-festival türkdilli dövlətlərin məktəbliləri arasında 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib. Müsabiqə-festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğız və Özbəkistan Respublikasından ümumilikdə 2000-ə yaxın məktəbli qatılıb.
Tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən 71 qalib müəyyən edilib. Müsabiqənin nəticələrinə əsasən 2 yaş qrupu üzrə 28 nəfər I, 
21 nəfər II, 22 nəfər III və 68 nəfər həvəsləndirici yerlərə layiq görülüb. 
Yekun tədbirdə qaliblər diplom və hədiyyələrlə təltif olunub, türkdilli dövlətlərindən qatılan məktəblilərin mükafatları səfirliklərin nümayəndərinə təqdim olunub. 
Sonda mərkəzin bədii kollektivlərinin ifasında türkdilli xalqların rəqsləri nümayiş edilib, müsabiqə-festivala qatılan qaliblərin rəsm işləri sərgisinə baxış keçirilib. 
Qeyd edək ki, müsabiqə-festivalın keçirilməsində məqsəd uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, türkdilli dövlətlərin məktəbliləri arasında dostluq və mədəni əlaqələri genişləndirməkdən ibarət olub. 

AZpress.AZ İnformasiya Agentliyi xüsusi müxbir Rüstəm İsmayılovun fotolarını təqdim edir:

Best coffeeshop in Berlin