Azər Həsrət:
Biz Azərbaycanda dövlət hesabına rus dilində kütləvi tədrisə qarşıyıq!
Ölkənin 340 məktəbində dərslər rusca keçilir! Bu, bizim üçün böyük ayıbdır! Müstəqilliyin 34-cü ilindəyik, hələ də urusun ətəyindən əlimizi çəkmirik! Urus isə bizim təpəmizə döyür, soydaşlarımızı öldürür, təhqir edir! Təkcə Moskvada yalan-doğru 1,4 milyon Azərbaycanlı yaşayır! Rusiya dövləti hesabına Azərbaycanca bir dənə də olsun məktəbləri yoxdur! Bizdə isə vur-tut 100 min urus yaşayır, 340 məktəbdə öz dillərində uşaq oxuda bilərlər! Ən dəhşətlisi də odur ki, Azərbaycanın urus məktəblərində oxuyan 160 min şagirddən ən azı 140 mini urus millətindən deyil! Niyə bir dövlət öz vətəndaşlarını öz hesabına yad bir dildə oxutmalıdır? Kimsə urus dilində oxumaq istəyir? Oxusun! Lakin dövlət hesabına deyil, öz hesabına!
Bu vaxta kimi kim oxuyubsa, oxuyub urusca. Onlar da artıq bu məsələdə anlayışlı olsunlar, dövlətimizi urus dili ekspansiyasından qurtaraq!
Bu arada onu da əlavə edim ki, TV proqramların birində urus məktəbində oxuyanların potensial 5-ci kolon olması ilə bağlı fikir səsləndirmişdim. Baxıram, etirazlar var. Anlayışla qarşılayıram bu etirazları. Bununla bərabər “potensial” sözünü diqqətə almağı da xahiş edirəm. Yəni hamını şübhə altına almaq fikrim olmayıb, yoxdur. Yaxud da rusca oxumuş hər kəs “xaindir, urus agentidir” deyə bir düşüncədə də deyiləm. Mənim istəyim heç olmasa bundan sonra urus məktəblərində balalarımızı oxutmamaq yoluyla qanlı Rusiya imperiyasının sonrakı təsirlərini neytrallaşdırmaqdır. Hər kəs buna öz töhfəsini versin. Hətta urus vətəndaşlarımız da balalarını dövlət dilimizdə oxutmaqla əsl Azərbaycan vətəndaşı olduqlarını göstərmə fürsətindən yararlana bilərlər...


