Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyası tərəfindən “Karbon kredit bazarı və mümkün imkanlar” mövzusunda elmi seminar keçirilib. Seminarda laboratoriyanın elmi işçisi Kim Jiseok və kiçik elmi işçisi Orxan Güləhmədov məruzə ilə çıxış ediblər.

Orxan Güləhmədov müasir dövrdə qlobal miqyasda qarşıya çıxan ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi və enerji böhranı barədə ətraflı məlumat verib. O, atmosferə buraxılan istixana qazlarının, xüsusilə də karbon qazının (CO₂) miqdarının artmasının ekosistemlərə, insan sağlamlığına və iqtisadi sistemlərə mənfi təsir etdiyini vurğulayıb. Bildirilib ki, bu problemin aradan qaldırılması üçün beynəlxalq səviyyədə mühüm təşəbbüslər həyata keçirilir, o cümlədən karbon emissiyalarının azaldılması məqsədilə müxtəlif texnoloji və iqtisadi mexanizmlər tətbiq olunur.

Kim Jiseok karbon kredit bazarının mahiyyəti, bu mexanizmin necə fəaliyyət göstərdiyi, karbon emissiyalarının azaldılması qarşılığında müəssisələrə və ölkələrə verilən kreditlərin iqtisadi dəyəri barədə danışıb. Məruzədə karbon kredit sisteminin əsas prinsipləri, onun tətbiq edildiyi qabaqcıl ölkələr – xüsusilə Avropa İttifaqı, Yaponiya, Kanada və Cənubi Koreya kimi ölkələrdə əldə olunmuş nəticələr barədə konkret nümunələr təqdim edilib. Bununla yanaşı, karbon qazının azaldılmasının ölçülməsi və qiymətləndirilməsi üçün istifadə olunan beynəlxalq standartlar və texniki meyarlar da seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzəçilər həmçinin 2024-cü ildə Bakıda keçirilmiş BMT-nin  İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmiz üçün yaratdığı yeni imkanlardan söz açılıb. COP29-dan sonra Azərbaycanda karbon emissiyalarının tənzimlənməsi və karbon vergi sisteminin tətbiqi istiqamətində ciddi addımların atılmasının gündəmə gəldiyi, bu baxımdan elmi-tədqiqat müəssisələrinin və universitetlərin bilik və təcrübə potensialının artırılması, sənaye ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin təşkilinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında həyata keçirilən tədqiqatların nəticələrinin sənayedə tətbiqi karbon emissiyalarının azaldılması ilə yanaşı, ölkəmizdə karbon kredit bazarının formalaşmasına və inkişafına töhfə verə bilər. Məruzəçilər bu məqsədlə gələcəkdə dövlət qurumları, özəl sektor və akademik dairələr arasında koordinasiyalı əməkdaşlığın da zəruri olduğunu bildiriblər.

Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

 

RUS:

В БГУ обсуждали рынок углеродного кредита

Научный семинар на тему «Рынок углеродного кредита и потенциальные возможности» провела лаборатория наноисследований Центра передового опыта по исследованиям, разработкам и инновациям Бакинского государственного университета (БГУ).

На семинаре выступили научный сотрудник лаборатории Ким Жисеок и младший научный сотрудник Орхан Гюльахмедов.

Орхан Гюльахмедов представил подробную информацию об изменении климата и энергетическом кризисе. Он подчеркнул, что увеличение количества парниковых газов, особенно углекислого газа (CO₂), выбрасываемых в атмосферу, оказывает негативное влияние на экосистемы, здоровье человека и экономические системы. Было отмечено, что на международном уровне реализуются важные инициативы для решения этой проблемы, в том числе применение различных технологических и экономических механизмов для сокращения выбросов углерода.

Ким Жисеок рассказал о сути рынка углеродного кредита, о том, как работает этот механизм, и об экономической ценности кредитов, предоставляемых предприятиям и странам в обмен на сокращение выбросов углерода. В докладе были представлены основные принципы системы углеродных кредитов, конкретные примеры результатов, достигнутых в передовых странах, где она применяется, в частности, Евросоюзе, Японии, Канаде и Южной Корее. Кроме того, вниманию участников семинара были также представлены международные стандарты и технические критерии, используемые для измерения и оценки сокращения выбросов углекислого газа.

Выступающие подчеркнули, что после проведения 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29) в Азербайджане были предприняты серьезные шаги по регулированию выбросов углерода и внедрению системы углеродного налога, и в этой связи особое значение имеет повышение потенциала знаний и опыта научно-исследовательских институтов и университетов, укрепление сотрудничества с промышленностью и организация мероприятий по повышению осведомленности.

Применение результатов исследований БГУ в промышленности, помимо сокращения выбросов углерода, может способствовать формированию и развитию рынка углеродных кредитов в стране. Выступающие заявили, что для этого также необходимо скоординированное сотрудничество между государственными органами, частным сектором и академическими кругами.

В конце семинара были даны ответы на вопросы участников по теме.

Best coffeeshop in Berlin