Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dövlət Uşaq Filarmoniyası incəsənətin bir çox ixtisasları üzrə seçim-dinləyiş keçirib. 

30 iyun 1 iyul tarixlərində Dövlət Uşaq Filarmoniyası incəsənətin bir çox ixtisasları üzrə seçim-dinləyiş keçirib. 
Seçim-dinləyişin əsas məqsədi yeni solistləri cəlb etmək onların gələcək konsert həyatını daha rəngarəng edərəkönə çıxarmaqdır. Dinləyiş 5-16 yaş uşaqların iştirakı ilə Dövlət Uşaq Filarmoniyasında baş tutmuşdur. Paytaxtın müxtəlif musiqi və uşaq incəsənət məktəblərindən 100-ə yaxın müraciət olunmuşdur. 
Dinləyişin münsif heyəti Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə, Əməkdar İncəsənət xadimi, xalq artisti, professor Ağaverdi Paşayev, vokalçı, xalq artisti Gülnaz İsmayılova, pianoçu, əməkdar müəllim Kamilla Əmirova, dirijor Cavad Tağı-zadə, xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzade olub. Bir-birindən istedadlı uşaqların çıxışları münsiflər tərəfindən maraqla qarşılanıb və onlara müəyyən tövsiyyələr də verilib. 
2 gün davam edən seçim turunun nəticələrinə uyğun olaraq iştirakçıların yeni tədris ilindən məşğələlərə başlaması nəzərdə tutulub. 
 

Best coffeeshop in Berlin