Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nəriman Qasımoğlu:  

Ağdam Cümə məscidinin divarındakı yazının tərcüməsi..

Şəkildə Ağdam məscidi divarındakı yazıdır, uzun illərin işğalında salamat qalmış yazı. İndicə yaxınlarımdan biri mənə göndərib tərcüməsini istədi.

Lap yuxarıda şiə müsəlmanların ənənəvi qaydada kəlmeyi-şəhadət kimi ərəbcə dilə gətirdikləridir: lə: ilə:hə illə-l-lah muhammədun rasulu-l-lah aliyyun valiyyul-l-lah

Diqqəti daha çox cəlb edən aşağıda Oxu-nun Zəfər surəsinin (48-ci surə) ilk ayəsidir. Qarabağ zəfərimizi müjdələyən ifadə deyilmiş də bəs nə imiş? Gerçəkdən pozu yoxmuş Yazıya…

Tərcüməsi:

Rəhman Rəhim Tanrı adıyla

Gerçəkdən açıq-aşkar bir zəfər verdik sənə (1).

Altdakı da ayədir, Ulduz surəsindədir: “Nəyə səy göstərirsə, yalnız o var insan üçün” (39)

Tanrı Azərbaycanı qorusun. Amin

Best coffeeshop in Berlin