Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Miras İctimai Birliyinin sədri qoruqlardan şikayətləndi

Dəhşətli bir mənzərə var:

1. Qoruqların Elmi şuraları yoxdur!

2. Qoruqların və Qoruq İdarələrinin Nizamnamə və Əsasnamələrində Elmi şura yaratmaq haqqında maddə ya yoxdur, ya da sadəcə "yarada bilər" yazılıb.

3. Bütün Qoruq sənədlərinin əvvəlində yazılır ki, elmi-tədqiqat müəssisəsidir və düzgün olaraq elədir. Amma Qoruqlar elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərmir, çünki elmi işçiləri yox kimidir. Elmi işçi alim - ya fəlsəfə doktoru, ya da elmlər doktoru olmalıdır.

4. Basqal Qoruğu və Ağsu Qoruğunda direktor olanda bu Elmi şuraları yaratmaq imkanım və zamanım çatmadı. Rəhbərliklərə bu işin əhəmiyyətini anlatmağım isə uzun sürdü. Amma ən önəm verdiyim iş idi.

5. Qobustan, İçərişəhər və Şuşa kimi strateji qoruqların Elmi şurasının olmaması sadəcə elm adına bədbəxtçilikdir.

6. Təəssüf ki, mədəni irsə hələ ki elmi yanaşma yoxdur və yaxın gələcəkdə olacağına inanmağım da gəlmir.

Best coffeeshop in Berlin