YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
AKİF AŞIRLI:
Ortada təqdim ediləsi nə iş var ki, haylı-küylü toplantı keçirilir?
Təhsil nazirinin birifinqi yayılıb sosial şəbəkələrdə , Fərid Şahbazlı da bir hissəsini paylaşıb. Nazir jurnalistin suallarını cavablandırır , intellektinə , davranışına , nəzakətinə söz yoxdur. Sanki andlı məhkəmənin hakimidir , bir tərəfdə çökən təhsil sistemi dayanıb , o biri tərəfdə təhsilin pis günündən şikayətlənən cəmiyyət. Barışdırmaq istəyir, alınmır. Nazir hər şeydən danışır , problemin kiçik bir qismini dilə gətirir , çünki İslahat Müəllim imicini itirmək istəmir , günü - gündən çökən təhsil sistemini necə ayağa qaldırmağın yollarının haradan keçdiyini də demir , nə etməli olduqlarını söyləmir . Nəticə isə sıfır. Birifinq keçirmək yaxşı haldır, media cəmiyyəti məlumatlandırır. Ancaq ortada təqdim ediləsi , məlumatlandırılası nə iş var ki, haylı - küylü toplantı keçirilir?


