YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
KAMRAN NƏZİRLİ:
Mənim MÜƏLLİMİM -ƏNVƏR RZA!
Mən Müəllim ailəsində böyümüşəm. Yaxşı bilirəm MÜƏLLİM nə deməkdir. Allah mənə həm ailədə, həm də həyatda ilahi MÜƏLLİMlər qismət edib. Onlardan biri də Ənvər Rza idi - İnsan, Pedaqoq, Şair və Tərcüməçi Ənvər Rza! Cəmi 48 il yaşadı. Onun 80 yaşı tamam olur. Əziz xatirəsi hələ də qəlbimdə yaşayır.
Məncə, Müəllim İlahi varlıqdır, öz biliyini HƏVƏSLƏ öyrədən insana deyilməlidir.Ənvər müəllim də beləydi. Onun əzablı, çətin və şərəfli Əməyi unudula bilməz və unudulmamılıdır. Onun zəhmətinə dəyər verilməlidir, ona hər zaman və hər yerdə Ehtiram və Diqqət olmalıdır. Tarixi təcrübə göstərir ki, MÜƏLLİMƏ dəyər verməyən cəmiyyətlərin axırı olmur, onlar hər zaman fəlakətlərə və uğursuzluqlara düçar olub. Müəllimlərinizin qədrini bilin, onlara dəyər verin. Onlar İlahi varlıqlardır!


